Döyüşlərin nəticələri:
Astana Arlans– Baku Fires
52 kq. Oljas Sattıbayev - Murad Rabadanov 3:0 (50:45, 50: 45, 50:45)
60 kq. Zakir Safiulin – Albert Səlimov 0:3 (47: 48, 46:49, 47:48).
69 kq. Kanaqat Maralov – Pərviz Bağırov 2:1 (46:49, 49:46, 48:47).
81 kq. Hrvoje Sep - Mixail Dauqalivets – 3:0 (50:44, 50:44, 50:44).
+91 kq. Filip Hrqoviç – Hacı Murtuzəliyev TKO R1 2:30
Bu görüşdə idmançıların fərdi reytinqi baxımından iki qarşılaşma Azərbaycan təmsilçisi üçün böyük önəm daşıyıb. 60 kq çəki dərəcəsində Albert Səlimov rəqibini məğlub etsə də, Pərviz Bağırov qələbə qazana bilməyib. Son döyüş heç bir əhəmiyyət kəsb etmədiyindən və Hacı Murtuzəliyev son anda heyətə daxil edildiyindən məşqçilər boksçunun sonadək mübarizə aparmasını məqsədə uyğun saymayıblar.
Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü martın 28-də Polşada “Rafako Hussars Poland” klubuna qarşı keçirəcək.