Avropa ölkələrinə pənah gətirənlərin sayı 2 dəfə artıb.

Metbuat.az xəbər verir ki, bu haqda Avropanın statistika mərkəzi (Euro Stat) məlumat yayıb.

Məlumata görə, Avropaya mühacir edənlərin sayı əvvəlki illərə nisbətən artaraq, 700 min 400 nəfər olub. Onların əksəriyyəti suriyalıdır. Digər yerləri isə iraqlılar, əfqanlar, iranlılar təşkil edir.

Mühacir qəbuluna görə 445 min 210 nəfərlə Almaniya liderlik edir. Digər yerlərdə isə İsveç ( 69 min 350), İtaliya (35 min 450), Fransa (35 min 170 nəfər) gəlir.

Aytən Novruzova / Metbuat.az