ABŞ-ın "Karl Vinson" hərbi təyyarə daşıyan hərbi gəmisi artıq Şimali Koreya ilə sərhəddə çatıb.

Metbuat.az xəbər verir ki, ABŞ hərbi gəmiləri Cənubi Koreya və Yaponiya hərbi gəmiləri ilə birlikdə əməliyyatlara hazırlıq vəziyyətinə gətirilib. Hərbi təlimlərin başlamasına son 2 saat qalıb.

“Məsələnin diplomatik yolla həll olunmasını istəsək də, Şimali Koreyanın atdığı addımlar bizi sərt qərarlar verməyə məcbur edir”, - deyə ABŞ prezidenti Doanld Tramp bildirib.

Şimali Koreya isə cavab olaraq, nüvə silahını sınaqdan reallığa çevirəcəyi ilə bağlı ABŞ-ı növbəti dəfə təhdid edib.

Şimali Koreya son raket sınağını 6 martda keçirib. Həmin nüvələrdən bəzisi Yaponiya dənizinə düşsə də, digərləri dənizə düşmədən bir neçə km-ə uçmuşdu.

Qeyd edək ki, ABŞ Şimali Koreyaya qarşı Çinin köməyindən istifadə etməyə çalışsa da, Çin prezidenti məsələnin dinc yolla həllinin tərəfdarı olduğunu bildirib.

Aytən Novruzova / Metbuat.az