Tanzaniya prezidenti Con Maqufuli diplomlarının saxta olduğu müəyyənləşdirilən 10 000-dək məmuru vəzifəsindən uzaqlaşdırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Con Maqufuli 2015-ci ildə başlanmış araşdırmanın yekun hesabatı ilə tanış olduqdan sonra 9 932 məmurun dərhal istefaya getməsini tələb edib.

Prezident istefaya göndərilən məmurların qısa zamanda ixtisaslaşdırılmış mütəxəssislərlə əvəzlənəcəyini qeyd edək, KİV-lərdən dövlət qulluğundan uzaqlaşdırılan şəxslərin siyahısını yaymağı xahiş edib.

Con Maqufuli 2015-ci ilin noyabrında prezident seçildikdən dərhal sonra korrupsiya və dələduzluqla mübarizəyə yönələn "şok terapiyası" siyasətinin icrasına başlayıb.

Milli.Az