Metbuat.az “tənbəl kotletlər”in hazırlanma qaydasını təqdim edir:

Tərkibi:
500 q toyuq filesi
2 yumurta
2-3 x.q. mayonez
3 x.q. un
qara istiot
duz

Hazırlanması:
Dondurulmuş toyuq filesini xırda- xırda doğrayın. 2 yumurtanı çalıb, ətə əlavə edin. Buraya həmçinin mayonez və un qataraq qarışdırın. Hazırladığınız kütləyə zövqə görə duz, istiot əlavə edin. Yağı qızdırdıqdan sonra kotletləri tavaya düzüb qızardın.

Nuş olsun!

Aytən Novruzova / Metbuat.az