Şopinq Festivalı çərçivəsində musiqi proqramları keçirildi - FOTO

Şopinq Festivalı çərçivəsində musiqi proqramları keçirildi - FOTO
14:32 1 May 2017
Ölkə mətbuatı
A- A+

Həftə sonu Bakı Şopinq Festivalı çərçivəsində musiqi proqramları davam edir.

Milli.Az bildirir ki, həftə sonu Bakı Şopinq Festivalı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin uşaq musiqi və incəsənət məktəblərinin nağaraçalanlar ansamblları, rəqs kollektivləri və "Aysel" rəqs ansamblı "Park Bulvar", "28 mall" və "Gənclik mall"da musiqi proqramları ilə çıxış ediblər. İfa olunan musiqi nömrələri turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək davam edəcək Şopinq festivalda Bakı Şəhər Mədəniyyət Və Turizm Baş İdarəsinin musiqi məktəbləri rəngarəng konsert proqramları ilə tədbirlərdə iştirak edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/540488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR