Türkiyənin Tokat şəhərində “tarixi əsər əməliyyatı”nda yüzlərlə qızıl sikkə qaçaqmalçıların əlindən alınıb.
Metbuat.az xəbər verir ki, aralarında 3 zabitin də olduğu 18 nəfər həbs edilib.
Tarixi əsər qaçaqmalçılığı Amasya, Bursa, Kocaeli, Şırnak və Kırıkkaledə 6 ildən bir keçirilir.
Əməliyyatlar nəticəsində 377 qızıl sikkə, 52 gümüş sikkə, 55 bürünc sikkə, 1 bürünc vaz, 1 bürünc boşqab, 3 sm hündürlüyündə heykəl müsadirə edilib.
Aytən Novruzova / Metbuat.az