Jurnalistka üzrə magistr olmaq istəyənlərin nəzərinə!

Jurnalistka üzrə magistr olmaq istəyənlərin nəzərinə!
17:19 1 May 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlara müraciət edib.

 

DİM-dən Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilib.

 

Həmin bakalavrlar aprelin 21-dən 30‑dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 46 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmişdir ki, onlardan 42 nəfəri Azərbaycan bölməsinin. 4 nəfəri isə rus bölməsinin bakalavrlarıdır.

 

Həmin bakalavrlar 3 – 6 may tarixlərində qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

 

Qeydiyyatdan keçmiş bakalavrlar 2 mayın 2-də  "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 3 – 6 may tarixlərində vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) qabiliyyət imtahanında iştirak etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR