İlham Əliyev Albaniyanın yeni Prezidentini təbrik edib

İlham Əliyev Albaniyanın yeni Prezidentini təbrik edib
17:29 1 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın yeni seçilmiş Prezidenti İlir Metaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Meta, Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2748804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR