Futbolçular bir-birini təhqir etdi

“Fənərbaxça” – “Çaykur Rizespor” oyunu zamanı nigeriyalı futbolçu iraqlı futbolçunu təhqir edib.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” futbolçusu Emanuel Emenik, “Çaykur Rizespor” un oyunçusu Əli Faezə əllərilə "pis qoxursan" deyə hərəkət göstərib.

Emenik bu hərəkətilə Əli ilə aralarında yaranan mübahisədə haqlı olduğunu göstərməyə çalışıb.

Qeyd edək ki, bu hadisədən sonra sosial şəbəkə istifadəçiləri Emeniki irqçilikdə günahlandırıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR