"İspaniyanın Enrike İqlesiası, Azərbaycanınsa Zamiqi var" - VİDEO - FOTO

"İspaniyanın Enrike İqlesiası, Azərbaycanınsa Zamiqi var" - VİDEO - FOTO
19:57 1 May 2017
94 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Zamiq Hüseynov media nümayəndələri ilə görüşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  sənətçi "Unudaram" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Mahnının musiqisi Emin Kərimiyə, sözləri MC Murada aiddir. Ekran işi rejissor Famil Əsədov və Cavid Əbdülrəhmanova həvalə olunub.

Kliplə bağlı fikirlərini bölüşən Z.Hüseynov bildirib ki, ekran işi animasiya şəklindədir:

"Klipə təqdimat etməyi sevmirəm. Müğənninin işi mahnı oxuyub klip çəkdirməkdir. Sadəcə, uşaqların əziyyəti var. Ona görə hamını bir araya yığdım. Mənə sosial şəbəkədə yazdılar ki, sizə animasiya şəklində klip çəkək. Mən də 3 şəklimi göndərdim, bir aya hazır oldu, bəyəndim".

Klipin rejissorları Zamiqi Enrike İqlesiasa bənzədib:

"İspaniyanın Enrikesi varsa, Azərbaycanın da Zamiqi var".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zamiq - Unudaram


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR