ABŞ-da naməlum şəxs universitetə hücum edib, ölən və yaralanan var

ABŞ-da naməlum şəxs universitetə hücum edib, ölən və yaralanan var
23:42 1 May 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ ABŞ-da naməlum şəxs universitetə hücum edib.
"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, hadisə Texas ştatında, Ostin şəhərində baş verib.
Belə ki, naməlum şəxsin soyuq silahla hücumu nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Məlumatda bildirilir ki, polis bir nəfəri saxlayıb.
Xəsarət alanların dəqiq sayı məlum deyil. Lakin şahidlər həkimlərin hadisə yerindən 3 ağır yaralını apardığını bildiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-namelum-sexs-universitete-hucum-edib-olen-ve-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR