Misirin Qahirə şəhərində silahlılar polis patruluna hücum ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində 3 polis əməkdaşı həlak olub, 3-ü isə yaralanıb.

Xəbərdə deyilir ki, naməlum şəxslər polis patruluna şəhərin şimal-şərqində Madina-Nasr rayonunda hücum ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində