Bu ölkələr dollardan imtina edə bilər

Türkiyə və Hindistan qarşılıqlı maliyyə əməliyyatları zamanı dollardan imtina edə bilər.

Bunu Dehliyə səfəri zamanı Hindistan-Türkiyə biznes-forumundakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti qeyd edib ki, iki ölkə arasında ixrac və idxal əməliyyatlarının milli valyutalarda aparılması ilə bağlı müzakirələr başlaya bilər.

Onun sözlərinə görə, qarşılıqlı əməliyyatlarda dollardan imtina milli valyutaların məzənnəsindəki qeyri-sabitliyi aradan qaldıracaq. /Trend/


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR