Zamiqə 50 min dollarlıq hədiyyə - VİDEO

Zamiqə 50 min dollarlıq hədiyyə - VİDEO
11:42 2 May 2017
91 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Zamiq Hüseynova saniyəsi 200 dollarlıq klip hədiyyə ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə müğənni özü "Unudaram" adlı klipinin təqdimat mərasimində bildirib.

Musiqisi Emin Kərimiyə aid olan mahnının animasiyalı klipini Namiq Əsədov Cavid Əbdülrəhmanov ərsəyə gətirib. Gənc rejissorlar mətbuat konfransında bildirib ki, klipi Zamiqə hədiyyə ediblər. Onlar, həmçinin animasiyalı klipin bahalı ekran işi olduğunu xüsusi vurğulayıblar. N.Əsədov və C.Əbdülrəhmanov klipin neçəyə başa gəldiyini açıqlmasa da, animasiyalı ekran işinin saniyəsinin 200 dollar olduğunu etiraf edib.

"Unudaram" klipinin saniyəsinin 200 dollara başa gəldiyini nəzərə alsaq, 4 dəqiqəlik klipin təxminən 50 min dollara başa gəldiyini deyə bilərik.

Zamiq isə klipi çox bəyəndiyini bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zamiq - Unudaram

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR