Azərbaycan dollardan imtina edə bilər?

Türkiyə və Hindistan qarşılıqlı maliyyə əməliyyatları zamanı dollardan imtina edə bilər. Bunu Dehliyə səfəri zamanı Hindistan-Türkiyə biznes-forumundakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, qarşılıqlı əməliyyatlarda dollardan imtina milli valyutaların məzənnəsindəki qeyri-sabitliyi aradan qaldıracaq.

Dəyişən valyuta məzənnəsi konteksində Azərbaycanın da ən azı qonşu ölkələrlə əlaqələrində bu cür iqtisadi addım atması mümkündürmü?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Qubad İbadoğlu bildirdi ki, milli valyuta regional səviyyədə qəbul olunarsa, bu mümkündür:

“Vəziyyət Azərbaycanın bu sahədə hansısa bir nəticə ortaya qoyacağına şübhə yaradır. Avrasiya regionuna daxil olan Belarus, Qazaxıstan, Qırğızıstan kimi ölkələrin iqtisadi bir məkanda fəaliyyət göstərmələrinə baxmayaraq, onlar arasında aparılan hesablaşmalar dollarla həyata keçirilir. Onlar bir-birilə olan hesablaşmalarında belə milli valyutalarından ödəniş edə bilmirlər. Bu, o qədər də asan məsələ deyil. Türkiyənin belə bəyanatla çıxışı siyasi xarakter daşıyır. Amma bütövlükdə onu demək istəyirəm ki, bu proseslər dar iqtisadi məkanda həyata keçirilə bilər. Azərbaycan isə bundan o zaman istifadə edə bilər ki, milli valyutamız Respublika hüdudlarından kənara çıxsın, region səviyyəsində qəbul olunub, ödəniş vasitəsi kimi istifadə olunsun”.

Xəyalə Məmmədova / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR