Elşən "Maşın Şou"-ya niyə qatılmadı?

Uzun müddət ölkə kanallarında reytinq cədvəlində liderliyini qoruyan "Maşın Şou" layihəsi yenidən start götürəcək. Layihədə bu dəfə ancaq tanınmış aktyor və aktrisalar iştirak edəcək.

“Bozbash Pictures” serialının sevilən siması, “Fəlakət” obrazı ilə qısa zamanda məşhurlaşan aktyor Elşən Orucova da layihədə iştirak etməsi üçün təklif gəlib. Lakin aktyor bu təklifi qəbul etməyib. Elşən təklifi qəbul etməməsinin səbəbini Metbuat.az-a açıqlayıb:

"Murad Dadaşovdan layihədə iştirak etməyim üçün təklif gəldi. "Maşın şou" layihəsi mənim həmişə izlədiyim və sevdiyim yarışmalardan olub. Lakin "Bozbash Pictures" serialının çəkilişlərinə və bəzi digər məsələlərə görə təklifi qəbul edə bilmədim".




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR