Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İsmayıllıda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İsmayıllıda vətəndaşlarla görüşəcək
18:35 2 May 2017
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 5 may 2017-ci il tarixində  saat 12:00 da İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.

Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

İsmayllı rayonunda                 020 2854444
Şamaxı rayonunda                  020 2651466
Qobustan  rayonunda             020 2450122
Ağsu rayonunda                      020 2264499
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47562-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR