Çində dağıntılar altında qalan 12 nəfər ölüb

Çində dağıntılar altında qalan 12 nəfər ölüb
08:37 3 May 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Quancjou əyalətində dəmir yolu tuneli tikintisi zamanı dağıntılar altında qalan 12 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda China News Service agentliyi xəbər verir.

İnsident sürətli dəmiryolu üçün tunelin tikintisi üzrə işlərin aparılması zamanı baş verib.

Məlumata görə, hadisəyə səbəb qazın sızması və partlaması olub. Nəticədə 12 nəfər xəsarət alıb, daha 12 tuneldə qapalı vəziyyətdə qalıb.

Hazırda, xəsarət alan 12 nəfər xəstəxanadadır. Onların həyatı üçün təhlükə yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR