Böyük texnoloji şirkətlər “Apple Watch” saatlarının dəstəklənməsini dayandırıb

Böyük texnoloji şirkətlər “Apple Watch” saatlarının dəstəklənməsini dayandırıb
11:35 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bir sıra iri texnoloji şirkətlər, o cümlədən “Google”, “Amazon” və “eBay” “Apple Watch” “ağıllı” saatlarında bəzi proqramların dəstəklənməsini dayandırıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki,  şirkətlərin nümayəndələri məhsulların bundan sonra “Apple” şirkətinin “ağıllı” saatlarının dəstəklənməsinin dayandırılması səbəbi barədə məlumat verməyib.

Bəzi mötəbər ekspertlərin fikrincə, buna səbəb “Apple Watch” qurğusunun işlədiyi “watchOS” əməliyyat sisteminin yeni versiyasının tezliklə təqdimatının gözlənilməsidir.

“Gələcəkdə bizim servis yenidən “Apple Watch” intellektual saatlarında işləyəcək, lakin bunun nə vaxt baş verəcəyini biz hələ ki deyə bilmərik”, - “Google” şirkətinin nümayəndələri “Google Maps” servisi tərəfindən “Apple Watch” saatlarının dəstəklənməsindən imtina edilməsini şərh edərkən qeyd edib.

Digər şirkətlərin nümayəndələri məsələyə münasibət bildirməyib.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47570-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR