Alina Kabayeva gimnastika festivalının açılışında - FOTO/VİDEO

Alina Kabayeva gimnastika festivalının açılışında - FOTO/VİDEO
12:48 3 May 2017
Ölkə mətbuatı
A- A+

Dünən Moskvada Alina Kabayeva xeyriyyə fondunun təşkilatçılığı ilə IX bədii gimnastika festivalı keçirilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, idman aləminin bir çox ulduzları tədbirə Alina Kabayevanı dəstəkləməyə gəlib. Kabayevanın sabiq məşqçisi İrina Aleksandrovna Viner-Usmanova, olimpiya çempionu gimnast Marqarita Mamun və hündürlüyə tullanma üzrə çempion Yelena İsinbayeva mərasimin fəxri qonaqları olub.

Yelena İsinbayeva festivalın sahibi ilə selfi çəkdirib və sosial şəbəkədə ona gördüyü işə görə təşəkkür etmək imkanlarını əldən verməyib: “Alina Kabayeva artıq 9 dəfədir bu gözəl bayramı keçirir! Hər şey yüksək səviyyədə keçdi! Alina sənə əhsən! Çox sağ ol!”.

Festivalın açılış mərasimində çıxış edən gənc idmançılarla Kabayeva şəxsən özü işləyib, onlara mürəkkəb elementlər göstərib, məsləhətlər verib və nömrələrə düzəlişlər verib. Dünən keçirilən tədbir zamanı Alina zalda oturmayıb, o, nömrələrinin birində səhnəyə çıxaraq mahnı da ifa edib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/197381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR