DİM: Qəbul imtahanında 3 abituriyent 700 bal topladı

DİM: Qəbul imtahanında 3 abituriyent 700 bal topladı
20:28 3 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

DİM-dən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 35 433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib.

Bildirilib ki, imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/197456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR