Azərbaycan Kubokunun final oyununun təyinatları açıqlanıb. Fanat.Az xəbər verir ki, “Qarabağ”la “Qəbələ” arasında sabah keçiriləcək oyunu Fariz Yusifov idarə edəcək.

Onun köməkçiləri Vaqif Musayevlə Namiq Hüseynov olacaq. Naxçıvanda təşkil olunacaq qarşılaşmaya FİFA referilərindən biri də təyinat alıb. Əliyar Ağayev matçda dördüncü hakim olacaq.

Azərbaycan Kuboku

Final


5 may

Qarabağ - Qəbələ

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Əli Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Naxçıvan Muxtar Respublika stadionu


Fanat.Az