Qırğızıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir rəsmi açılışı mayın 5-də Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.
Naziri qurumun beynəlxalq əməkdaşlıq bölməsinin rəhbəri və digər əməkdaşları müşayiət edir. Səfər zamanı T.Kazakov həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.