Müğənni Zamiq Hüseynov yeni çəkdirdiyi "Unudaram" animasiya klipində xalq artisti Faiq Ağayevi təkrarlaması xəbərlərinə münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Lider maqazin"ə açıqlamasında bildirib ki, özünü heç kimə oxşatmır:
"Bu ərəfədə məndən çox klip çəkdirən yoxdur. Biz buna uğur kimi baxmalıyıq. Bütün sahədə çalışan insanların əziyyətlərini yerdə qoymamalıyıq. Zamiqin 20-dən çox klipi var. Onda hamısı təkrarlanır, başqalarına oxşayır?".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində