Tanzaniya polisi ölkənin şimalında məktəb avtobusunun qəzaya uğraması nəticəsində 34 nəfərin həlak olduğunu bildirib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Assosiated Press agentliyinin yaydığı məlumata görə, təxminən 35 şagird və müəllimi Karatu şəhərinə imtahana aparan avtobus Aruşa şəhəri yaxınlığında idarəetməni itirərək ağaclara çırpılıb və uçuruma yuvarlanıb.
İnsident nəticəsində həyatını itirənlərin əksəriyyətinin məktəblilər və müəllimlər olduğu bildirilir. Hakimiyyət orqanları həlak olanların cəsədlərini avtobusdan çıxarmağa çalışır. Polis orqanları ölən və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində