Tanzaniyada ibtidai sinif şagirdlərini daşıyan avtobus dərəyə yuvarlanaraq, ağaca çırpılıb.

Publika.az xəbər verir ki, qəza Karatu rayonunda qeydə alınıb. Polisin məlumatına görə, qəza nəticəsində 34 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Ölənlərdən üçü müəllim, biri sürücü, qalanları uşaqlardır.

Qəzanın səbəbləri araşdırılır.