Onların arasında "Qarabağ"ın braziliyalı legioneri Riçard Almeyda da var.
Qeyd edək ki, Azərbaycan millisi mayın 15-də Bakıda bir araya gələcək. 5 günlük hazırlıqdan sonra yığma üzvləri mayın 20-də Avstriyaya yollanacaqlar. İki həftəlik təlim-məşq toplanışını iyunun 3-də başa vuracacaq milli komanda hazırlığın son mərhələsini Bakıda keçirəcək. İyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlanacaq.