Bu dəqiqələrdə Ukraynanın paytaxtı Kiyevdə yerləşən Beynəlxalq Sərgi Mərkəzində "Eurovision-2017" mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilir.
Qeyd edək ki, çıxışını az öncə tamamlayan Azərbaycan təmsilçisi Diana Hacıyeva finala çıxmaq uğrunda mübarizə aparır. "Dihaj" 18 iştirakçı arasında ilk onluğa düşəcəyi təqdirdə mayın 13-də səhnəyə çıxmaq haqqı qazanacaq.