Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 94 il ötür.
1497-ci ilin 10 mayında Ameriqo Vespuççi Yeni Dünyaya doğru ilk səyahətinə çıxıb.
10 may 1824-cü ildə Londonda Milli Qalereya ictimaiyyətin istifadəsinə verilib.
1940-cı ilin bu günü Almaniya Belçika, Niderland və Lüksemburqa hücum edib.
10 may 1940-cı ildə Uinston Çörçill Böyük Britaniyanın baş naziri təyin edilib.
1981-ci ilin bu günü Fransua Mitteran Fransanın ilk sosialist prezidenti olub.
1994-cü ilin 10 mayında Nelson Mandela Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti seçilib.
Aytən Novruzova / Metbuat.az