“Report”un məlumatına görə, paytaxt təmsilçisi bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, AZAL klubun ləğv edilməsi ilə bağlı 2017-ci il mayın 3-də verilən bəyanat, klub azarkeşlərinin, “fan klub” üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.
Məlumata görə, u müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb və AZAL-ın “Şüvəlan Futbol Klubu” adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb.
Klub yeni mövsümdə I Divizionda təmsil olunacaq.