Türkiyənin Tekirdağ əyalətinin Szaray rayonunda beton qarışdıran maşınla içərisində sərnişin olan mikroavtobusun toqquması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə mayın 12-də günorta saatlarında baş verib. Qəza zamanı avtomobillərin sürücüləri də yaralanıblar.

Hadisənin səbəbi araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində