İstanbulun Sarıyer rayonunda 3 rəfiqəsi ilə eyni evdə qalan 25 yaşlı Boğaziçi universitetinin məzunu Gizem Zülal Kaynarın otağında intihar etdiyi və canına qəsdən öncə ailəsinə xitab edilmiş məktubunun tapıldığı haqda məlumat vermişdik.
"Heç kimin dəfnimə gəlib-getməyini istəmirəm. Ən əsası da mənimlə qan bağlılığı olan heç kimi. Heç birini görmək istəmirəm", - sözlərinin yazıldığı məktubu ilə ölümündən sonra beyinlərdə suallar yaradan Gizemin ailə üzvlərindən kimə bu qədər nifrət etdiyi məlum olub.

