Bakı. Ləman Zeynalova - Trend:

İslam Həmrəyliyi Oyunlarında qazandığım medal məni yeni nailiyyətlərə motivasiya edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə azərbaycanlı gimnast Ekaterina Tişkova deyib.

Gismast bildirib ki, öz çıxışlarından yüz faiz razıdır: "Tamaşaçıların güclü dəstəyi mənə layiqincə çıxış etməyə və medal qazanmağa çox kömək etmək".

Tişkovanın sözlərinə görə, o, sentyabrda Kanadada keçiriləcək dünya çempionatında da layiqli çıxış edəcəyinə ümid edir: "Mən bu yarışlarda mürəkkəb proqramla çıxış edəcəyəm. Layiqincə çıxış edəcəyimə ümid edirəm",