Azərbaycanda daha bir maşın aşdı: ölən var

Azərbaycanda daha bir maşın aşdı: ölən var
00:36 8 Yanvar 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə-Daşkəsən avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, Daşkəsən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə yanvarın 7-də, axşam saatlarında rayonun Quşçu kəndi ərazisində baş verib. Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zöhrab Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə idarəetməni itirərək maşını yolun kənarındakı dərəyə aşırıb.

Hadisə zamanı sürücü ölüb, avtomobildə olan Samux rayon Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Hüseyn Axundov isə yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR