Play Store

Ərə gedəndən sonra oxumağı atan yerli qadın müğənnilər - SİYAHI - FOTO

Ərə gedəndən sonra oxumağı atan yerli qadın müğənnilər - SİYAHI - FOTO
18:52 17 May 2017
806 Ölkə
Ölkə mətbuatı
A- A+

Məşhur olmaq, şou-biznesdə heç də asan deyil. Bəziləri illərlə çalışsa da "məşhur" adını qazana bilmir. Bunun üçün müğənnilər hər gün efirlərə çıxır, müxtəlif tədbirlərdə görünməyə çalışırlar.

Bəzən illərlə əziyyət çəkənlər bir anda əziyyətlərini ailələrinə qurban verirlər. Bu hal ən çox xanım ifaçılarımızda rast gəlinir. Bir çox xanım ifaçı ailə həyatı qurduqdan sonra sənətdən uzaqlaşıb öz həyatlarını yaşamaq qərarına gəlirlər.

Bəs həmin müğənnilər kimlərdir?

Milli.Az azxeber.com-a istinadən onları təqdim edir:

Siyahıda ilk pillə də xalq artisti Zülfiyyə Xanbabayeva tutur. Xanım müğənni ailə həyatı qurdurduqdan sonra sənətə fasilə verən tanınmışlar arasında ilklərdəndir.

Gövhər Həsənzadə ilə birlik də iş birliyinə başlayan İradə İbrahimova da ailə həyatı qurduqdan sonra nəyinki sənəti atdı, hətta vətəndən də uzaqlaşdı. O bir ara vətənə gəlsə də, bir müddət sonra yenidən Türkiyəyə geri döndü.

"Eurovision 2009" mahnı müsabiqəsinin də "Always" mahnısı ilə ulduzu parlayan Aysel Teymurzadə də bəzi həmkarları kimi evləndikdən sonra oxumağın üzərindən xətt çəkib.

Daha bir "Eurovision" təmsilçimiz Safura Əlizadə ailə qurandan sonra oxumaqla vidalaşan məşhurlar arasına qatılıb.

İlanla klip çəkdirirək şou-biznesə iddialı giriş edən Sevinc Ağaşirinova da bir müddət öncə efirlərə çıxmaq üçün can atsa da, indi gözə dəymir. Buna səbəb onun ikinci dəfə ailə həyatı qurmasıdır.

"O ses Türkiyə" yarışmasında iştirak edən Leyla Rəhimova da yeni fəaliyyətə başlamasına baxmayaraq, ailə həyatı quraraq ABŞ-a köçüb. Bununla da gənc ifaçı bu sahədən uzaqlaşıb.

Qalmaqallarla gündəmdən düşməyən Aytac Vidadiqızı da Türkiyə vətəndaşı ilə ailə həyatı qurduqdan sonra sənətdən uzaqlaşıb. Artıq bir müddətdir ki, Aytacın yenidən sənətə qayıdacağı ilə bağlı xəbərlər yayılmaqdadır .

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR