“Sumqayıt” klubunun baş məşqçisi Xorvatiyaya gedib

“Sumqayıt” klubunun baş məşqçisi Xorvatiyaya gedib
19:52 17 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ “Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov Xorvatiyaya gedib.
“Report”un klubun saytına istinadən verdiyi məlumata görə, 39 yaşlı mütəxəssis Sumqayıt təmsilçisi ilə Zaqreb "Dinamo"su arasında əldə olunmuş razılığa əsasən, akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyevlə birgə səfərə çıxıb.
Təcrübə qazanmaq məqsədi ilə mayın 15 - 20-də baş tutacaq səfər AFFA-nın və Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib.
Hər üç məşqçi Xorvatiyada olduğu 5 gün müddətində "Dinamo"nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Onlar Zaqrebdə olduqları müddətdə 17 yaşadək futbolçular arasında Avropa çempionatının final oyununa da baxacaqlar.
Qeyd edək ki, xaricə səfər Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-klubunun-bas-mesqcisi-xorvatiyaya-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR