Eldar Ukraynada səhnəyə çıxdı - FOTO

Eldar Ukraynada səhnəyə çıxdı - FOTO
20:32 17 May 2017
96 Şou
Ölkə mətbuatı
A- A+

Ukraynanın Kiyev şəhərində "Grand Euro party" təşkil olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tədbirdə "Eurovision 1998"-in qalibi Dana İnternational və başqa müğənnilər olub. Konsertdə "Eurovision 2011"-in qalibi Eldar Qasımov da iştirak edib. 

Onları dinləməyə gələnlər arasında yerli sakinlərlə yanaşı, dünyanın bir çox ölkələrindən turistlər də olub. E.Qasımovdan isə Avstraliya, Böyük Britaniya və İtaliya mətbuatı müsahibələr alıb. 

Eldarın səhnədə oxuduğu zaman güclü yağış başlayıb. İfaçı onu izləməyə gələnlərlə ukrayna dilində danışıb. Müğənni açıqlamasında konsert gününə xüsusi hazırlaşdığını və bir neçə gecə yatmadığını dilə gətirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/545795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR