Parisdə Azərbaycana həsr olunmuş foto sərgi keçirilib (FOTO)

Parisdə Azərbaycana həsr olunmuş foto sərgi keçirilib (FOTO)
09:22 18 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 16-da Parisdə Azərbaycan Dostları Assosiasiyası və Paris Azərbaycan Evi təskilatçılığı ilə “Azərbaycana səyahət” adlı foto sərginin vernissajı keçirilib.

Assosiyasiyadan Trend-ə verilən məlumata görə, sərgi Şərq və Türkdilli dövlətlərin arasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 99-cu müstəqillik ildönümü münasibətilə təşkil olunub. Vernissajı Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Paris Azerbaycan Evinin sedri Mirvari Fətəliyeva acaraq qonaqlara sərginin məqsədi barədə məlumat vermiş, fotoların muəlliflərini təqdim edib.

Daha sonra vernisajda iştirak edən Azərbaycanının Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranışı və tarixi barədə danışıb bu günün ölkə tarixindəki çox mühüm bir gün olduğunu qeyd edib.

Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean François Mansel öz növbəsində Azərbaycan Fransa dostluq əlaqələrinin getdikcə daha da genişləndiyini və Azərbaycanın məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını, vurğulayıb.

Sərgidə Azərbaycan fotoqrafları Vuqar Ibadov, Etibar Cəfərov və Kərim Abbasovun fotolarından teqdim olunub. Azerbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirən fotolar seyricilər tərəfinden geniş rəğbətlə qarşılanıb.

Tədbridə Fransa Parlament və Senat üzvləri, fransız jurnalistləri, şirkət rəhbərləri və diaspora nümayəndələri iştirak edib.

Mayın 2-də açılan sərgi 31-ə kimi davam edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2756056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR