Günorta namazını işdən gələndən sonra qılmaq olar?

Günorta namazını işdən gələndən sonra qılmaq olar?
23:17 18 May 2017
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi işləyən adamlar günorta namazını işdən gələndən sonra evdə qəza edirlər. Bu icazəlidirmi?

Namaz bəlkə də yeganə ibadət növüdür ki, hamıya vacibdir və heç bir bəhanə ilə ondan yayınmaq olmaz. İşləyən adam günorta namazını qılmaq üçün şərait tapıb qılmalıdır. Hər bir işdə nahar fasiləsi verilir. Nahar yeməyinə ayrılan vaxtı bir qədər qısaldıb, o vaxt ərzində namazı qılmaq olar.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər işdə namaz qılmaq üçün şərait yoxdursa və ya namaz qılmaq çox çətinlik törədirsə, məğrib vaxtına kimi evə qayıdacağını bilirsə, bu halda namazı evdə qılması da mümkündür. Amma əgər məğrib vaxtına kimi evə çatmayacağını bilirsə, mütləq namazı qılmalıdır. Hətta heç cür şərait olmadığı halda işarə ilə namaz qılmağa icazə verilir. İşdən çıxandan sonra məğrib vaxtına kimi yolüstü məscidlərdən birinə girib namazları qılmaq da olar.

Qeyd edək ki, işdə namaz şəraitinə vasvasılıqla yanaşmaq da düzgün deyil. Təmiz su gələn krantın olması dəstəmaz üçün kifayətdir. Namaz xalçası yoxdursa, təmiz karton parçaları üzərində namazı qılmaq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR