Saqqız çeynəməyin inanılmaz faydaları

Saqqız çeynəməyin beynə faydası var.

Metbuat.az xəbər verir ki, dünyanın ən önəmli universitetlərindən biri olan Şotlandiyada yerləşən Glasgov Universitetində aparılan araşdırma saqqızın beyni qoruduğunu sübut edib. Saqqız çeynəmək beynə gedən qan miqdarını artırır. Bu vəziyyət hüceyrələrin fəaliyyətini sürətləndirərək Alzaymer riskini yüzdə doqquz aşağı salır.

Qeyd edək ki, saqqızın faydaları bununla bitmir. O çənə əzələlərini hərəkətə keçirir, stressi azaldır. Saqqızın bir başqa müsbət təsiri siqaretlə əlaqədardır. Ağzı əyləndirdiyi üçün siqaretə alternativdir. Araşdırmalara görə, siqareti buraxmaq istəyənlər əvvəl saqqıza müraciət edir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR