Play Store

İslamiadanın bağlanış günü paytaxtda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

İslamiadanın bağlanış günü paytaxtda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
11:22 20 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Mayın 22-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış günü ilə əlaqədar Bakı yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsinin bu gün birgə keçirdiyi tədbirdə bildirilib.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, həmin gün Heydər Əliyev prospektinin "Excelsior" otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Nefçilər prospektinin Azneft meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarında ümumi yol hərəkəti üçün bağlı olacaq.

Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev isə bildirib ki, bağlanış mərasimini izləmək üçün tamaşaçılar Bakı Olimpiya Stadionuna metro və BNA-nın müəyyən etdiyi ekspress xətt avtobusları vasitəsilə gedə bilərlər:

"Tamaşaçılar (saat 17.00-dan 20.00-dək) 3 ekspress xətt üzrə seçilən istiqamətlərdən - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaqlar. Mərasimdən sonra isə stadiondan tamaşaçılar eyni qayda ilə daşınacaqlar".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2757039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR