Dubayda ilk polis-robotun istehsalına başlanılacaq.

Metbuat.az xəbər verir ki, hökümət 2030-cu ilə qədər polis sisteminin 25%-ni robotlaşdırmağı planlaşdırır. Bu isə hər 4 polisdən biri deməkdir.

6 dildə xidmət göstərəcək robot-polislər qəsəbələrdəki alış-veriş mərkəzlərini və turistik məkanları qoruyacaq. Müvafiq videoları təqdim etməklə, asayiş keşikçilərinə cinayətkarları tapmağa yardım edəcək.

Robot-polis 1,5 metr məsafədə insanların simalarındakı ifadəni və jestləri tanımaq üçün emosiya detektoru ilə təchiz edilib. Beləliklə də robot insanlar ilə əlaqə quraraq, qayda pozanları üzə çıxaracaq.

Qeyd edək ki, robot-polislər ərəb və ingiliscə əlaqə qura bilir. Sonradan onun funksiyasına rus, fransız, çin, ispan dilləri də əlavə olunacaq.

Aytən Novruzova / Metbuat.az