Azərbaycanlı gənc bəstəkar Türkiyədə böyük uğura imza atıb.

Bu günə kimi yalnız öz bəstələrini oxuyan, Türkiyənin ən məşhur sənətçiləri ilə çalışan Sinan Akçıl azərbaycanlı gənc bəstəkar Resan Mehrəliyevin mahnısını ifa edib.

Türkiyə azərbaycanlı gəncin bu mahnısından danışır - VİDEO - FOTO

Bəstəkarın Milli.Az-a verdiyi məlumata görə, internet üzərindən onun mahnılarını dinləyən türkiyəli müğənni özü ona əməkdaşlıq təklif edib və ilk dəfə bu ilin martında bir araya gəliblər:

"Mayın 22-də "Les Ottomans Hotel"də həm doğum günü partisi, eyni zamanda yeni albomunun təqdimatı idi. "İyi deyilim" adlı bəstəmin söz yazarı - qardaşım Təvəkkül Mehrəliyevlə Sinan Akçılın əziz gününə dəvətli idik. Çünki Sinanın "YÜZYILIN AŞKI" albomunda yer alan beş mahnıdan biri mənim bəstəmdir. O, bizi səhnəyə dəvət edərək türkiyəli ulduzların qatıldığı həmin gecədə hər kəsin önündə mənə öz təşəkkürünü bildirdi. Sinan əməkdaşlığımızın başlanğıcı olaraq "İyi deyilim" mahnısını ifa edib".

Türkiyə azərbaycanlı gəncin bu mahnısından danışır - VİDEO - FOTO

Demet Akalın, Fettah Can, Ziynet Sali, Berkayın iştirak etdiyi partidə Sinan azərbaycanlı bəstəkarın mahnısı haqda bunları deyib: "Mən bu mahnını eşitdim və aşiq oldum. İlk dəfə dedim ki, bir başqa bəstəkarın mahnısını ifa edəcəm. İndiyə qədər eşitdiyim, ən çox sevdiyim slov mahnısıdır". Sinan Ramazan ayından sonra mahnıya klip çəkdirəcəyini də sözlərinə əlavə edib.

Türkiyə azərbaycanlı gəncin bu mahnısından danışır - VİDEO - FOTO

Gənc bəstəkar, "Doğan Music Company" ilə müqavilə imzalayıb. Sinan Akçılın və eləcə də Tarkan, Ajda Pekkan, Demet Akalın, Berkay, Ziynet Sali, Ferhat Göçer, Fettah Can, İlyas Yalçıntaş, Bengü və başqa muüğənnilərin üzv olduqları "Doğan Music Company" (DMC) şirkəti ilə müqavilə bağlayan ilk Azərbaycan bəstəkarı olub.

Türkiyə azərbaycanlı gəncin bu mahnısından danışır - VİDEO - FOTO

Müğənni Resana "İyi deyilim" bəstəsinə görə sosial şəbəkə hesabında da təşəkkürünü bildirib.

Qeyd edək ki, mahnının slov və remix versiyası artıq Youtube-da var və qısa zamanda dinləmə rekordu qırmağı da bacarıb.

Təhməz Təkin
Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Türkiyə azərbaycanlı gəncin bu mahnısından danışır - VİDEO - FOTOSinan Akçıl feat Ferah Zeydan - İyi Değilim

Türkiyə azərbaycanlı gəncin bu mahnısından danışır - VİDEO - FOTOSinan Akçıl Rəsan Mehrəliyevin mahnısı oxudu

Türkiyə azərbaycanlı gəncin bu mahnısından danışır - VİDEO - FOTOTürkiyə azərbaycanlı gəncin bu mahnısından danışır

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində