Əfqanıstanda kəşfiyyat idarəsinin binası yaxınlığında törədilən partlayışda 5 nəfər ölüb, 2 nəfər yaralanıb
Paylaş
117 baxış·1 dəq oxu
Bakı. 25 may. REPORT.AZ/ Əfqanıstanda Milli Təhlükəsizlik Direktorluğu binasının yaxınlığında törədilən partlayış nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb. “Report” TASS-a istinadən xəbər verir ki, partlayış ölkənin cənubunda, Gilmənd əyalətinin Vaşir bölgəsində törədilib. Hadisə ilə bağlı araşdırma aparılır.