Mətbuatda Somalidə “Əş-Şəbab” terror qruplaşmasının törətdiyi dəhşətli əməllər haqqında qan donduran faktlar yayılıb.

Publika.az xəbər veri ki, əslən kenyalı Əli Salaman iki qardaşını axtarmaq məqsədilə Somaliyə gəlib. Burada iki dəhşətli faktın üstünü açıb. Birincisi, onun qardaşları “Əş-Şəbab” terror qruplaşmasına üzv olmaq üçün Somaliyə gəlib. İkincisi, burada qaçırılan qadınlar seks köləsi edilir.

Salaman qardaşlarını tapmaq üçün səssiz və gizli bir şəkildə fəaliyyət göstərməli idi. Əks halda, onu ciddi təhlükə gözləyirdi.

Terroristlərin əlindən qurtulan qadınlarla əlaqə yaradan Salaman onların dəhşətli hekayələrini dinləyib. Qadınların təhlükəsizliyini təmin etmək üçün adları qeyd olunmayıb.

Qadınlardan biri danışır ki, bizi bura yüksək maaşlı iş üçün gətirdilər. Daha sonra zorla cinsi əlaqəyə məcbur edirdilər. Əsasən, Mombasa bölgəsinin qadlnları bu işgəncələrə məruz qalıb. Hər axşam ən azı 2-3 kişi onlara təcavüz edirdi. Hamilə qalan qadınlara xüsusi diqqət göstərirdilər. Onlar uşaqlarını dünyaya gətirdikdən sonra amansızca öldürülürdü.

BBC-nin yayımladığı materiallarda doğulan uşaqların terror təşkilatına üzv kimi qatıldığı qeyd olunub. Qadınlar ağır cinsi təcavüzlərə dözməyib, ölürdülər. Təşkilatın üzvlərinin sayını artırmaq üçün isə qadınlara və onların doğacağı uşaqlara ehtiyac var idi.

Könül Cəfərli