Cənubi Koreyada siyasətçi Kim Mu Sun ilə bağlı qalmaqal yaşanır. Yaponiyanın paytaxtı Tokiodan vətənə qayıdan Mu Sun hava limanında tərbiyəsizlik edib.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, "Saunuri" Partiyasının sabiq sədri, 65 yaşlı Kim Mu Sun paytaxt Seulun Kimpo hava limanının sərnişin terminalından çıxarkən çamadanını etinasızlıqla kənara itələyib və jurnalistlərə tərəfə gedib.
Çamadanı təşəxxüslü Mu Sunun köməkçisi tutub.
Özündənrazı, müştəbeh siyasətçinin hərəkəti koreyalıları çox sinirləndirib.
Kim Mu Sun əvvəllərp də qalmaqallara səbəb olub.
2015-ci ildə o, qatıldığı xeyriyyə tədbirlərindən birində 26 yaşlı nigeriyalı tələbəyə demişdi: "Daş kömürlə sənin üzün eyni rəngdədir".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:

