Somalidə ərzaq paylama mərkəzində silahlı kişi insanlara atəş açıb.
Trend-in RİA Novosti-yə istinaən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verib.
Atışma nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Məlumata görə, silahlı şəxs yalnız Somali mərkəzi hissəsində yerləşən Abud-Vak şəhərində səhər yeməyi almağa gedən yoxsul insanları nişan alıb.
Milli.Az