Gəncə şəhəri, Kəpəz rayonunda mənzildən cəsəd tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına isitinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1959-cü il təvəllüdlü Allahverdiyeva İntizar Bəhrəm qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:30-da başa çatıb.