Bakı. 31 may. REPORT.AZ/ Beynəlxalq Hava Limanları Konseyi (ACI) 2016-cı il dünyanın ən çox sərnişinə sahib olan hava limanlarının siyahısını açıqlayıb.
"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, siyahıda ilk sıranı Hartsfield-Jackson Atlanta hava limanı tutub. Bu aeroport 2016-cı ildə 104 171 935 sərnişin ziyarət edib. İkinci sırada 94 393 454 sərnişinlə Pekin aeroportu yer alıb. 2016-cı ildə dünyada ən çox sərnişinə sahib olan üçüncü aeroport isə 83 654 250 nəfərlə Dubaya məxsusdur. Aşağıda digər aeroportların siyahısı yer alıb:
4. Los-Angeles - 80 921 527
5. Tokio - 79 699 762
6. Chicago O'Hare - 77 960 588
7. Heathrow - 75 715 474
8. Hong Kong - 70 305 857
9. Shanghai Pudong - 66 002 414
10. Paris Charles de Gaulle - 65 933 145
11. Dallas/Fort Worth - 65 670 697
12. Amsterdam Schiphol - 63 625 534
13. Frankfurt - 60 786 937
14. İstanbul - 60 119 876
15. Guangzhou Baiyun - 59 732 147
16. Nyu-York/John F. Kennedy - 58 873 386
17. Singapur Changi - 58 698 000
18. Denver - 58 266 515
19. Seul/Incheon - 57 849 814
20. Bangkok - 55 892 428
Dünyanın ən çox sərnişininə sahib olan hava limanlarının siyahısı açıqlanıb
Dünyanın ən çox sərnişininə sahib olan hava limanlarının siyahısı açıqlanıb
Dünyanın ən çox sərnişininə sahib olan hava limanlarının siyahısı açıqlanıb